Gün
Saat
Dəqiqə
Saniyə
Cüdonun qaydaları

 

İdman hakimliyi - İdman yarışlarının  qaydalara uyğun birbaşa idarə edilməsidir. İdman hakimliyinin səviyyəsi hakimlərin idman növü üzrə qaydaları bilməsindən, idman prinsiplərinə uyğun onları həyata keçirməsindən (obyektivlik, prinsipiallıq, dəqiqliq və s.)  eləcə də, onların təcrübəsindən və stajından asılıdır.

Hakim, arbitor, referi – neytral mövqedən idman yarışlarının gedişatına nəzarət edən şəxs. Hakim yarışın başlanmasına və sona çatmasına siqnal verir, vaxtı kontrol edir, idmançıların nəticələrini qeydə alır. Hakim  idmançılar və digər şəxslərin (məşqçilər, tamaşaçılar və s.) yarışın qaydalarına riayət etməsini tənzimləyir və lazım gələrsə qayda pozuntusuna görə cəza tədbiq edir. Hakimsiz heç bir ciddi yarış ola bilməz.

Cüdo yarışları ədalətli və müstəqil hakimlik korpusu olmadan keçirilə bilməz. Hakim hər bir situasiyada öz ləyaqətini, şərəfini qorumalıdır. Hakim nüfüzuna zərər vurulmasına yol verməməlidir.

Hakimlik qaydalarının inkişafı

Beynəlxaq Cüdo Federasiyasının hakimlik qaydaları bir çox illər ərzində inkişaf etmişdir. Qaydalarda dəyişiklik qaçılmaz və zəruri olmalıdır ki, cüdo dinamik və cəzbedici idman növü kimi qalsın. Bir çox faktorlar, cüdonun bütün dünyada populyarlığı,  olimpiya oyunları proqramına daxil edilməsi, cüdo qadın idmanın meydana gəlməsi, texnoloji dəyişikliklər, xüsusən televiziya və internet öz iddialarını ortaya qoyaraq qaydalara da təsir göstərdilər.

Cüdonun qaydalarının inkişafını və tarixini öyrənmək çox vacibdir. Cüdonun tarix boyu inkişafına, qaydaların dəyişikliklərinə olan baxış, hakimliyin sürətlə və güclü dəyişməsini bildirir. Əgər biz qaydaların yaranma səbəbini və ondan əvvəlki tarixini biliriksə, onda bu qaydaların anlaşılması,tətbiq olunması üçün şansımız çoxdur və bu qayda düzgün başa düşülüb, tətbiq ediləcəkdir.

Başlanğıc

Yaponiyada cüdonun ilk inkişafı zamanı - 1951-ci ildən Beynəlxalq Cüdo Federasiyası yaradılmasına qədər, müəyyən yerlərdə və milli turnirlərdə təkbətək döyüşlərdə hakimliyi ənənəvi olaraq cüdonu yüksək səviyyədə bilənlər edirdi. Hakim seçilmək məsuliyyət tələb edirdi və ən yüksək şərəfə layiq hesab edilirdi. Yaponiya cüdo cəmiyyətində faktiki olaraq belə qərarlara qarşı mübahisə olmayıb. Ekspertlərin şübhəli hesab etdikləri qərarlar çox vaxt təsadüfi kimi təsvir edilmişdir. İlk illərdə qarşılaşma müddəti cüdoçulardan birinin son həlledici xalı alana qədər keçirməyə şans verirdi. 20 dəqiqə uzanan qarşılaşma adi bir hal idi. Həlledici xalın olmadığında heç-heçələr az olmurdu. Ümumyaponiya çempionatı 1948-ci ildə iki çempion vermişdir. Həmin vaxtlar heç-heçə bitən görüşlərdə qalibin müəyyən edilməsi metodu səsvermə sistemi idi.

Yarışların yazılı qaydaları

İlk Yaponiya çempionatları vaxtı 1930-cu ildən 1948-ci ilədək cüdoda rəsmi yazılı qaydalar nə ingilis, nə də fransız dillərində mövcud deyildi. Lakin, Beynəlxalq Cüdo Federasiyasının formalaşması və cüdonun bütün dünyaya sürətlə yayılması, qaydaların aydın yazılı formada olmasına gətirib çıxardı. Bütün dünyada, xüsusən Avropada cüdonun imkanları sürətlə irəliləyirdi. Avropa və digər qitələrdə 1948-ci ildən başlayaraq beynəlxalq turnirlər keçirilirdi.

Qərara alındı ki, beynəlxalq anlayışa və düzgün təsvirə görə, hakimlik qaydaları elə bil üsul ilə müəyyən edilməlidir ki, hamı onu qavraya bilsin.

Beynəlxalq tələblərə cavab verən ilk dünya çempionatı 1956-cı ildə Tokioda keçirildi. Kodokan Cüdo yarış qaydaları 1948-ci ildə rəsmi tərcümə ilə ingilis dilində formalaşdırılmış və yazılmışdır. Cüdonun bütün dünyaya sürətlə yayılması bu qaydalarda 1951, 1955 və 1961-ci ildə yenidən düzəlişlər edilmişdir.

1960-cı ildə Parisdə keçirilən üçüncü dünya çempionatından əvvəl, Beynəlxalq Cüdo Federasiyasının(BCF)  konqresində Avropa Cüdo Federasiyası(ACF) bu dəyişilmiş qaydaları qəbul etdi.

Təkamül dövrü

1964-cü ildə cüdo idman növü Tokioda keçirilən olimpiya oyunlarının proqramına daxil olandan sonra, müasir şəraitə uyğun yeni qaydaların tətbiqinə ehtiyac duyuldu. Uyğun çəki kateqoriyası məsələsi Olimpiada tələbləri idi, amma o zaman bu çəki dərəcəsi ideyası bir çox ekspertlər tərəfindən rədd edilirdi. Əksər ekspertlər hesab edirdilər ki, cüdo belə bir ənənə zidiyyəti ilə davam edə bilməz. Dünya Cüdo Birliyindəki çəki kateqoriyası üzrə fikir ayrılığı bir neçə qruplaşmaların yaranmasına gətirib çıxarsa da, sonda idman qələbə qazandı.

Əslində çəki dərəcəsinin sayının artması ilə (3-dən 5-dək, və sonunda 1979-cu ildə 7-dək) BCF öz sayını və beynəlxalq yarışlarda idmançıların çıxışını xeyli artırıb. Mütləq çəki dərəcəsi əvvəlki kimi böyüklər arasında dünya çempionatı çərçivəsində, gənclər və Olimpiada yarışlarını çıxmaq şərti ilə keçirilir. Bütün dünyada cüdoçular yaponiyalılar kimi cüdo banisi Dziqoro Kano tərəfindən qoyulmuş bu ənənə aspektlərinə böyük hörmətlə yanaşırlar (red: baş əymə).

BCF qədim ənənəyə hörmətlə yanaşıb, idmanın təkamülünü davam etməlidir. Cüdo yarışı auditoriyaya çox maraqlı olduğu üçün, BCF hadisələrindən ən çox televiziya vasitəsiylə dünyaya yayımlanması, qaydaları və yarışların təqdimatı, xüsusən daha nüfuzlu beynəlxalq yarışları, dünya çempionatları və Olimpiya Oyunlarının keçirilməsində böyük rol oynayıb.

Yeni istiqamət

1965-ci ildə tanınmış ingilis cüdoçusu Çarlz Palmer Braziliyada dördüncü dünya çempionatında Beynəlxaq Cüdo Federasiyasının konqresi zamanı BCF-in ikinci prezidenti oldu. Prezident hakimlər komissiyasını, Hollandiyadan olan Yakob de Eyci, yaponiyalı Teyzo Kaşamuranı və özünü təsdiq etdi.

1967-ci ildə Hakimlər Komissiyası ABŞ-ın Solt Leyk Siti şəhərində, beşinci dünya çempionatı zamanı görüş keçirərək hakimlik strukturunu və qaydaları təsdiq etdi. Həmin vaxt BCF çəki dərəcəsinin sayını beşə qaldırdı, həmçinin Beynəlxalq Hakimlər Komitəsininin yaranmasını təsdiq etdi.

Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komitəsi

BCF Hakimlər Komitəsinin əsas hədəfi cüdonun inkişafının universal təqdimatıdır. Bu komitə BCF strukturunda  öz vacib yerini tutaraq, BCF və Beynəlxalq Olimpiya Komitəsinə lazım olan dəyişiklikləri təqdim edir. 1979-cu ildən, BCF-in üçüncü prezidenti yaponiyalı  Şiqeyoşi Matsumainin dövründən başlayaraq  BCF-in idarəsi Hakimlər Komissiyasını, İdman Komissiyasını, Təhsil Komissiyasını və Maliyyə Komissiyasını öz daxilinə qəbul edərək yenidən strukturlaşdırdı. O vaxtdan Hakimlər Komissiyası direktordan və hər qitə ittifaqından bir nəfər olmaqla 5 təyin olunmuş üzvdən ibarətdir. Hər komissiyanın direktoru konqresslə seçilir.

Hakimlər Komitəsi bu illər ərzində BCF hakimlik lisenziyası üçün namizədlərə böyük tələbələr və kriteriyalar tətbiq etmişdir. Bu da cüdonun Olimpiya idman növü, ədalətli və səlahiyyətli hakimlik nüfuzuna gətirib çıxarıb.

Hakimlər Komissiyasının rolu

Namizədləri imtahandan keçirtmək funksiyası ilə yanaşı Hakimlər Komissiyası bütün qitələrdə hakimlik seminarlarının keçirilməsində və bütün əsas beynəlxalq yarışlara ixtisaslı hakimlərin iştirakı ilə nəzarət edilməsində aktiv rol oynayır. Məşqçilər mütəmadi olaraq dünyanın aparıcı cüdoçularının fiziki formaları, sürəti və texniki bacarıqlarını təkminləşdirirlər. Aydındır ki, hakimlər də öz bilik və bacarıqlarını daim inkişaf etdirməlidirlər ki, yarışlarda adekvat olaraq səhvsiz hakimlik edə bilsinlər.

Əsas məsələ elit idmaçıların çempionluq uğrunda gedən mübarizənin ədalətli hakimlik tərəfindən idarə edildiyinə əmin olmalarıdır.

Son 50 ildə Tokioda keçirilən birinci dünya çempionatından sonra hakimlik qaydalarına mütəmadi olaraq yenidən baxılır.

Nəticə

Cüdoda yarış qaydaları dəyişməyə davam edəcək, necə ki, qalan Olimpiya idman növləri kimi. Qaydaları tədbiq etmədən öncə hər zaman əmin olmaq lazızmdır ki, edilən dəyişikliklər özünü praktikada doğruldacaq.

Qaydalara edilən dəyişiliklər, ən əsas da texniki istiqamətlərdəki yeniliklər bütün BCF üzvləri birliyi tərəfindən geniş müzakirə olunur. Məşqçilər, isntruktorlar, iştirakçılar və hakimlərin yeni qaydaları mənimsəmələri üçün yetərli zamanları olmalıdır.