Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımız Ağcabədidə keçirilən idman bayramında fəal iştirak ediblər

Azərbaycandakı Olimpiya İdman Komplekslərinə cəlb olunan uşaq və yeniyetmələr dörd idman federasiyası tərəfindən pulsuz məşqçilik xidməti, geyim və ləvazimatlarla təmin olunur. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən bu təşəbbüsə ilk olaraq Azərbaycan Cüdo Federasiyası da qoşulub. Növbəti kütləvi idman bayramı Ağcabədi Olimpiya İdman Kompleksində keçirilib. Tədbirin əvvəlində rayon idmançılarının nümunəvi çıxışları təqdim olunub. İdman bayramında Azərbaycan Respublikası baş nazirinin müavini, YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, millət vəkilləri Bəxtiyar Əliyev, Rauf Əliyev, Bəxtiyar Sadıqov, Ağcabədi rayon rəhbərliyi və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər tədbirin əhəmiyyətindən, həmçinin ölkəmizdə idman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən danışıblar.
Bildirilib ki, bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. İdmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir. Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi də respublikamızın idman ölkəsi olduğunu sübut edir. Bu yarışların təşkili çoxlu sayda azarkeşin ölkəmizə təşrif buyurmasına, eyni zamanda, respublikamızda turizmin və iqtisadiyyatın inkişafına, Azərbaycanın dünyada daha da tanınmasına təkan verir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin qayğısı sayəsində ölkədə idman və bədən tərbiyəsi sahəsində sürətli inkişaf prosesi gedib, böyük uğurlar əldə edilib. Bakıda və bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, xeyli sayda idman qurğuları, stadionlar və digər idman meydançaları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub.
Çıxışlarda qeyd olunub ki, bu cür kütləvi idman tədbirləri uşaqların idmana olan marağını artırır, fiziki və mənəvi sağlamlığını təmin edir.
Bayram tədbirinin sonunda tamaşaçılara tanınmış müğənnilərin ifalarından ibarət konsert proqramı təqdim olunub.
Azərbaycan Cüdo Federasiyası tərəfindən rayon idmançılarına cüdoqilər təqdim olunub. Yaxın gələcəkdə idman bayramının respublikamızın digər bölgələrindəki bütün olimpiya idman komplekslərində təşkili nəzərdə tutulub.