Gün
Saat
Dəqiqə
Saniyə
Antidoping

Dopinq – idmanda nərticəni yaxşılaşdırmaq üçün qəbul edilən təbii maddədir. Belə maddələr əzələ gücünün sinir və endokrin sisteminin aktivliyini qısa zamanlıq kəskin artırır. Bir çox dərman preparatları yarış zamanı idmançılar üçün qadağa statusu daşıyır. Dopinqlə mübarizə sahəsində müasir anlayışlar Antidopiq kodeksində “Dünya Antidopinq Agentliyi” (WADA), Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşəbbüsü ilə göstərilmişdir. Dünya Antidopinq Agentliyi (WADA) hər il idmançılar üçün qadağan olunmuş dərman preparatlarının siyahısını və standartların yeni variantlarını dərc edir: Labaratoriya üçün beynəlxalq standart, testlərdən keçmək üçün beynəlxalq standart və terapevtik çıxarışların qeydiyyatı üçün beynəlxalq satandart. Hal-hazırda dopinq istifadəsi idmançının normal funksiyalı orqanizminə lazımsız olan maddəni şüurlu formada qəbul edilməsidir ki, maddənin artıq dərəcədə qəbul edilməsi fiziki aktivliyin və yarış zamanı dözümlüyü süni şəkildə gücləndirir. Dopinq qəbəlu ilə mübarizə ona görə aparılır ki, idmançıların rekordları onların həyatı və sağlamlığı bahasına başa gəlir.

WADA – öz ortaqlarına antidopinq, inzibatlaşdırma və menecment sistemi, onlayn sistem idarəetməsini, hansı ki, antidopinq tələblərinin keçirilməsini koordinasiya etməyə imkan verməyi təklif edir. Məlumat bazası ADAMS həm də dopinq üzrə bütün məlumatların saxlanıldığı informasiya bazası kimi istifadə olunur. Labaratoriya təhqiqatı nəticələrindən qadağan olunmuş terapevtik maddələrin istifadə olunmasının xüsusi icazələrin normadan kənarlaşmasını göstərən və tipik olmayan testlərin nəticələrindən və eləcə də antidopinq qaydalarının pozulmasından söhbət aparır. Sistem MAT və milli federasiyalarla WADA informasiyası ilə mübadilə etməyə imkan verir. Antidopinq tədbirlərinin keçirilməsində maksilmal dərəcədə şəffaflığı təmin edir. RTİ menecmenti Bundan əlavə, ADAMS sistemi ilə terapevtik istifadəyə (Tİ) ərizə və icazələri yeniləyir, qərar qəbul etdiyiniz lazımi şəxsə məlumat verir. Həkimlərin test təqdimatına idmançı ilə birgə onun ADAMS sistemində istifadə hesabı ilə ərizə və məlumat verməyə imkanları var. ADAMS sistemi 10 dildə - ingilis, fransız, alman, rus, yapon, ispan, ərəb, holland, fin, italiyan dillərində təqdim olunur. ADAMS-də saxlanılan məlumatlara baxış Ümumdünya Antidopinq Proqramının tələbinə uyğun yalnız səlahiyyatı olan təşkilatlara icazə verilir. İstifadəçinin imkanları ona yalnız dəqiq təyin edilmiş bölmərə baxmağa imkanı verir.

Antidoping
Antidoping
Antidoping
Antidoping
Antidoping
Antidoping
Antidoping
Antidoping