Gün
Saat
Dəqiqə
Saniyə
Struktur

Azərbaycan Cüdo Federasiyasının strukturunda komitələrlə yanaşı öz faydalılığı ilə seçilən sektorlar, departamentlər fəaliyyət göstərir. Federasiyada "Yarışların təşkili və keçirilməsi", "Hakimlər", "Nizam-intizam" və "Məşqçilər" komitələri var. Federasiyasının gördüyü işlər, yığma komandaların təlim-məşq toplanışları, ölkədaxili yarışlar, beynəlxalq turnirlər barəsində məlumatların mətbuatda işıqlandırılması məqsədilə yaradılan Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti fəaliyyətə başlayıb. Departament ilk iş olaraq, federasiyasının ən müasir tələblərə cavab verən yeni saytını yaradıb.