Gün
Saat
Dəqiqə
Saniyə
Dəyərlər

Cüdo özündə uzun əsrlərin ənənəsini daşıyır və bu idman növü samurayların şərəf kodunun varisi hesab olunur.
Yaponiya tarixinin ayrılmaz hissəsi olan cüdo insana təkcə yüksək fiziki hazırlığı deyil, həmçinin ağıl və nəcibliyidə aşılayır. İdmançıda insani cəhətlərin formalaşmasını, təcrübəli və yaxud təcrübəsiz olmasından asılı olmayaraq, başqalarına qarşı hörmətlə yanaşmağı öyrətməkdə cüdonun rolu əvəzsizdir.
Bu döyüş növünün yaradıcısı Ciqaro Kano, cüdonu şəxsiyyətin ahəngdar inkişafı üçün bir incəsənət forması sayırdı. O cüdonu təkcə-silahsız müdafiə sənəti deyil, gündəlik həyatın fəlsəfəsi hesab edirdi.
Cüdoçunun şərəf kodunda aşağıdakı xüsusiyyətlər var:
Nəzakət,
Cəsarət,
Səmimiyyət,
Dürüstlük,
Təvazökarlıq,
Təmkinlik,
Dostluqda sədaqət,
Başqalarına hörmət.
Bu döyüş sənətinə yiyələnmək istəyən hər kəs aşağıdakı andı içməyə məcburdur:
Mən üzrlü səbəb olmadan cüdonu atmayacam.
Bu sənəti və məktəbimi heç vaxt rüsvay etməyəcəm.
Məşqçinin mənə öyrətdiyi sirləri, icazəsiz heç kimlə bölüşməyəcəm.
Cüdonu öyrənməklə onun bütün qaydalarına riayət edəcəm və gələcəkdə məşqçi olacağım təqdirdə, həmin qaydaları bu döyüş növü ilə məşğul olanlara öyrədəcəm.
Öz mühazirələrində Ciqaro Kano gündəlik həyatda cüdoçunun əsas 5 davranış qaydasına riayət etməli olduğunu bildirib:
Hər hansı bir sahədə təşəbbüsü ələ almaq:
Diqqətlə öz hərəkətlərinizi və başqalarının davranışlarını müşahidə etmək;
Hərəkətini tam dərk et və qətiyyətlə hərəkətə gəl;
Sərhədinizi bilin;
Sevinc və kədər, məcburiyyət və tənbəllik, tələsik dəliqanlılıq və zəlil qorxaqlıq ortasında olmağı bacar.