Gün
Saat
Dəqiqə
Saniyə
Komitələr

Azərbaycan Cüdo Federasiyasına yeni rəhbərliyin gəlişindən sonra bir neçə komitə və sektorun yaradılması barədə qərar verilib.
Məşqçilər Komitəsinə Peter Zayzenbaxerin baş məşqçi postuna qayıdışınadək əsas milli komandaya rəhbərlik etmiş Hacıağa Hacıəhmədov sədr təyin olunub. Hakimlər Komitəsi Fariz Hüseynova, Nizam-İntizam Komitəsi Ruzbek Vəliyevə, Yarışların Təşkili və Keçirilməsi sektoru Ağayar Axundzadəyə, regionlarda cüdonun inkişafı sektoru Tərlan Poladova tapşırılıb.
Bu komitələrə Azərbaycan cüdosunun simaları Tərlan Həsənov, Fərhad Rəcəbli, Qüdrət Pəncəliyev, Zakir Kərimov, Adil Sadıqov və digərləri üzv seçiliblər. Zülfiyyə Hüseynova isə Məşqçilər Komitəsinin üzvü kimi qadın cüdosunu koordinasiya edir.

Hakimlər Komitəsi: Fariz Hüseynov
Nizam-İntizam Komitəsi: Ruzbek Vəliyev
Məşqçilər komitəsi: Hacıağa Hacıəhmədov
Yarışların Təşkili və Keçirilməsi sektoru: Ağayar Axundzadə
Regionlarda cüdonun inkişafı sektoru: Tərlan Poladov