Gün
Saat
Dəqiqə
Saniyə
Milli komanda

Uzun illər ərzində qazanılan uğurlar, SSRİ-i dönəmindən təməli qoyulan ənənələr, yetişən adlı-sanlı idmançılar Azərbaycanın dünya cüdosunda mühüm yer tutmasına səbəb olub. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasına Rövnəq Abdullayevin prezident təyin edilməsindən sonra ölkəmizdə bu idman növü yeni inkişaf mərhələsinə qədəm qoyub. Cüdoçularımız dünyanın müxtəlif ölkələrində keçirdiyi yüksək səviyyəli təlim-məşq toplanışlarının nəticəsi olaraq, qazandığı medalların sayını artırmaqda davam edirlər. Hazırda Azərbaycanın ən güclü cüdoçuları əsas milli komandanın heyətində yer alıblar. Orxan Səfərov, İlqar Müşkiyev, Nicat Şıxəlizadə, Tərlan Kərimov, Rüstəm Orucov, Əbdülhəqq Rəsullu, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Elxan Məmmədov, Uşangi Kokauri və digər aparıcı cüdoçularımız milli komandanın heyətində beynəlxalq yarışlarda, "Böyük Dəbilqə", "Qran Pri" turnirlərində, Avropa və dünya çempionatlarında, olimpiya oyunlarında medallar qazanaraq ölkəmizin idman şərəfini uca tuturlar. Təkcə 2016-cı ildə cüdo üzrə milli komandamızın üzvləri Rüstəm Orucov və Elmar Qasımov Rio Olimpiya Oyunlarında gümüş medal qazanıblar, Rüstəm Orucov Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında birinci yeri, Orxan Səfərov isə ikinci yeri tutub. Azərbaycna millisi cüdo tariximizdə ilk dəfə olaraq Avropa çempionatının komanda yarışlarında bürünc medala sahib olublar.

Azərbaycanın cüdo üzrə əsas milli komandası dünyanın ən güclü yığmalarından biri hesab edilir. Milli komandamızın baş məşqçisi avstriyalı mütəxəssis Peter Zayzenbaherdir.

Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda
Milli komanda