Gün
Saat
Dəqiqə
Saniyə
Rövnəq Abdullayev

Rövnəq Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə daxil olub. 1983-1985-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib, 1989-cu ildə həmin institutu bitirərək "Neft Daşları"nda əmək fəaliyyətinə başlayıb. 2005-ci il dekabrın 9-da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə təyin edilib. 2005-ci, 2010-cu və 2015-ci illərdə keçirilən üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçilib. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 2004-2008-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsində çalışıb. 2008-ci il martın 14-də ilk, 2016-ci il martın 11-də isə üçüncü dəfə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. 2015-ci iln sentyabrından Azərbaycan Cüdo Federasiyasının prezidentidir.