Gün
Saat
Dəqiqə
Saniyə
Tərəfdaşlar

Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo İttifaqının tam hüquqlu üzvü olan Azərbaycan Cüdo Federasiyası hər zaman tərəfdaşlığa da böyük önəm verir. Təsadüfi deyil ki, bu gün respublikamızın tanınmış şirkətləri Azərbaycan Cüdo Federasiyasının rəsmi tərəfdaşlarıdır. Beynəlxalq Cüdo Federasiyası ölkəmizdə hər il keçirilən "Böyük Dəbilqə" turnirinin təşkilini yüksək qiymətləndirir. 2016-cı ilin avqustunda Braziliyanın Rio de Janeyro şəhərində təşkil olunan Beynəlxalq Cüdo Federasiyasının konqresində 2018-ci il cüdo üzrə dünya çempionatının keçirilməsi Azərbaycana həvalə olunub. Bu qərar Azərbaycan cüdosuna verilən ən böyük qiymətdir. Azərbaycan Cüdo Federasiyası həmişə şəffaf tərəfdaşlığa, əməkdaşlığa hazırdır.