Gün
Saat
Dəqiqə
Saniyə
Regionlar

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi bu idman növünün regionlarımızda da inkişafına xüsusi önəm verir. Elə bu məqsədlə federasiyada "Regionlarda cüdonun inkişafı sektoru" yaradılıb. Artıq cüdo təşkilatının rəsmiləri ölkəmizin müxtəlif bölgələrinə səfər edərək cüdonun həmin regionlarda inkişafı ilə bağlı yerli idman ictimaiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparıblar. Respublikamızın 8 bölgəsində cüdo mərkəzinin yaradılması qərara alınıb. Beləliklə, Şəmkirdə "Qərb bölgəsi", Bərdədə "Aran-Qarabağ bölgəsi", Zaqatalada "Şimal qərb bölgəsi", Qəbələdə "Şimal bölgəsi", Qusarda "Şimal şərq bölgəsi", Masallıda "Cənub bölgəsi", Naxçıvanda "Naxçıvan Muxtar Respublikası", Sumqayıtda "Sumqayıt bölgəsi" mərkəzləri fəaliyyət göstərəcək. Təqvim planına əsasən bu regionlarda cüdo üzrə bölgə yarışları keçiriləcək, qalib və mükafatçılar respublika çempionatlarına vəsiqə qazanacaqlar.