Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımızdan Avropa kubokunun ilk günündə 4 medal

31-07-2016

Almaniyanın paytaxtı Berlin şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə 4 medal yazdırıb.

Təmsilçilərimizdən Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, 38 ölkədən 524 idmançının (298 oğlan, 226 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (15 kişi, 1 qadın) ilə təmsil olunur.