Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçumuz Rio Paralimpiadasında Azərbaycana ilk medalı qazandırdı

09-09-2016

Braziliyanın Rio-de-Janeyro şəhərində XV Paralimpiya Oyunlarına start verilib. İlk yarış günündə iki cüdoçumuz mübarizəyə qoşulub. 66 kq çəki dərəcəsində mübarizə aparan Bayram Mustafayev mötəbər yarışda  Azərbaycana ik medalı qazandırıb.

İlk mərhələdən azad olan Mustafayev mübarizəyə 1/4 finaldan başlayıb və braziliyalı rəqibi Halison Oliveyraya qalib gəlib. Mustafayev yarımfinalda yaponiyalı Satoşi Fujimotonu da məğlub edərək finala yüksəlib. Həlledici görüşdə özbəkistanlı Utkirjon Niqmatova məğlub olan Mustafayev Rio Olimpiadasının gümüş medalını qazanıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ramin İbrahimov isə startda Eduardo Qautoya (Argentina), 1/4 finalda qazaxıstanlı Ənvər Sarıyevə qalib gəlib. Yarımfinalda Özbəkistan təmsilçisi Şerzod Namozova uduzan cüdoçumuz bürünc medal qazanmaq şansına malik olsa da, o, monqolustanlı Uqanx Bolormaya məğlub olaraq olimpiadada 5-ci yeri tutub.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi Rio Olimpiadasında 6 nəfərlik heyətlə təmsil olunur – Ramin İbrahimov (60 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Rövşən Səfərov (81 kq), Kənan Abdullaxanlı (100) və İlham Zəkiyev (+100 kq).