Gün
Saat
Dəqiqə
Saniyə
Gənc cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək - VİDEO ANONS

10-10-2016

Oktyabrın 12 və 13-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində 23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək. Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda respublikamızın müxtəlif bölgələrindən 300-ə yaxın cüdoçu mübarizə aparacaq. Yarışın keçirilməsində əsas məqsəd milli komandamız üçün gənc və perespektivli cüdoçuları müəyyənləşdirməkdir. Qaliblərə diplomlar və medallar veriləcək.