Gün
Saat
Dəqiqə
Saniyə
Bölgə birinciliklərinə start verildi

18-10-2016

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi respublikamızın bütün bölgələrində bu idman növünün inkişafı istiqamətində planlı şəkildə işlər aparır. Regionlarda cüdo mərkəzlərinin sayı artırılır, perspektivli və gənc idmançılar seçilərək milli komandaların heyətlərinə cəlb olunur. Bu gündən başlayaraq ilin sonuna kimi regionlarda və paytaxtda keçiriləcək yarışlar ölkəmizdə cüdonun daha da populyarlaşmasına xidmət edir. Federasiyanın yüksək səviyyədə təşkilatçılığı ilə ilk belə yarış Şəmkirdə start götürüb.

Şəmkir Olimpiya İdman Kompleksində keçirilən Qərb bölgəsi birinciliyi U-18, U-15 yarışında 280 cüdoçu (272 oğlan, 8 qız) iştirak edir. İki gün davam edəcək yarışın ilk günündə 2003-2004 təvəllüdlü oğlanlar -30 kq, -34 kq, -38 kq, -42 kq, -46 kq, -50 kq, -55 kq, -60 kq, -66 kq və +66 kq çəki dərəcələrində mübarizə aparacaq. 2003-2004 təvəllüdlü qızlar isə -36 kq və -40 kq çəki dərəcələrində yarışacaqlar.

Bölgə birinciliklərinə start verildi
Bölgə birinciliklərinə start verildi
Bölgə birinciliklərinə start verildi
Bölgə birinciliklərinə start verildi