Gün
Saat
Dəqiqə
Saniyə
Orxan Səfərov və Nicat Şıxəlizadə Bundesliqa çempionu oldu

30-10-2016

Azərbaycan cüdoçuları Nicat Şıxəlizadə və Orxan Səfərov Almaniya çempionatının qalibi adına layiq görülüblər. Hər iki idmançımız Almaniyanın "Hamburq" klubunun heyətində keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Bundesliqa çempionu olub. Klublararası birinciliyin finalında "Hamburq" Münhenin "Qrossadern" klubunu 7:6 hesabı ilə məğlub edib. Hər iki cüdoçumuz həlledici qarşılaşmalarını da qalib başa vurub.

Qeyd edık ki, Bundesliqa kubokuna sahib olan Orxan Səfərov 60 kq, Nicat Şıxəlizadə isə 66 kq çəki dərəcəsində mübarizə aparıb.

Orxan Səfərov və Nicat Şıxəlizadə Bundesliqa çempionu oldu
Orxan Səfərov və Nicat Şıxəlizadə Bundesliqa çempionu oldu