Gün
Saat
Dəqiqə
Saniyə
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

09-11-2016

Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli Azərbaycan cüdoçuları üçün uğurlu olub. Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlinə başçılıq edirlər. Son Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov (60 kq) 2-ci yeri tutur. Abu-Dabi "Böyük Dəbilqə" turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) mövqeyini daha da yaxşılaşdıraraq 7-ci yerdə gedir. Digər cüdoçularımızdan Nicat Şıxəlizadə 7, İlqar Müşkiyev 13, Məmmədəli Mehdiyev və Uşanqi Kokauri 20-ci yerdə qərarlaşıblar.