Gün
Saat
Dəqiqə
Saniyə
Veteran cüdoçumuz Amerikada dünya çempionu oldu

19-11-2016

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarında veteran cüdoçular arasında dünya çempionatı keçirilir. Yarışların ilk günü Azərbaycan millisi üçün uğurlu olub. M-6 kateqoriyası üzrə 90 kq çəkidə mübarizə aparan Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Veteran cüdoçumuz qızıl medal uğrunda görüşdə rusiyalı Vladimir Markelovu məğlub edib. Bu kateqoriyada yarışan daha bir cüdoçumuz Arif Qasımov (100 kq) beşinci yeri tutub.

Qeyd edək ki, dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mübarizə aparır.