Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan millisi veteranların dünya çempionatında 2-ci qızıl medalı qazandı

20-11-2016

Amerika Birləşmiş Ştatlarında veteran cüdoçular arasında keçirilən dünya çempionatının ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub. M-1 kateqoriyası üzrə 100 kq çəkidə mübarizə aparan Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Veteran cüdoçumuz həlledici görüşdə Fransa idmançısı Aleksandre Ması məğlub edərək qızıl medal qazanıb. Bu kateqoriyada bürünc medallara ABŞ cüdoçusu Xaliffa Oliveyra və əlcəzairlli Əhməd Kebailli sahib olublar. Veteran cüdoçuların dünya çempionatına noyabrın 21-də yekun vurulacaq.