Gün
Saat
Dəqiqə
Saniyə
Mayamidə keçirilən dünya çempionatında daha bir medal qazandıq

21-11-2016

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında  keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb. M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Mübariz Cəfərov mundialın bürünc medalına sahib olub. Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi bürünc medal uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.

Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteraların çempioanatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.