Gün
Saat
Dəqiqə
Saniyə
Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

30-11-2016

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək. 3 gün keçiriləcək yarışda ölkəmizin bütün bölgələrindən olan yeniyetmə cüdoçular iştirak edəcəklər. Bu yaxınlarda baş tutan Bakı birinciliyi və region yarışlarının mükafatçıları, perespektivli yeniyetmələr respublika çempionatında medallar uğrunda mübarizə aparacaqlar.