Gün
Saat
Dəqiqə
Saniyə
Bakıda cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək - VİDEO ANONS

16-12-2016

Dekabrın 22 və 23-də Bakı İdman Sarayında böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Yarışda ölkəmizin ən güclü kişi və qadın cüdoçuları da mübarizə aparacaqlar. Azərbaycan çempionatının təntənəli açılış mərasimi dekabrın 22-i saat 17:00-da olacaq. İki gün baş tutacaq respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunacaq.

"CÜDO TV" yarışın video anonsunu sizə təqdim edir: