Gün
Saat
Dəqiqə
Saniyə
Tanınmış cüdoçular, hakim və məşqçimiz "İlin ən yaxşıları" sırasında

26-12-2016

Bu gün "Buta Palace"da 2016-cı ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, müxtəlif federasiyalarının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Tədbir zamanı bir sıra nominasiyalar üzrə mükafatlar təqdim olunub. Cüdo üzrə milli komandamızın üzvü, 2016-cı ildə gənclər arasında Avropa birinciliyi və U-23 Avropa çempionatında qızıl medallar qazanan Hidayət Heydərov "İlin ən yaxşı 10 idmançısı" nominasiyasının qalibləri arasında olub. Rio olimpiya və paralimpiya oyunlarının qəhrəmanları Rüstəm Orucov, Elmar Qasımov, Ramil Qasımov, Bayram Mustafayev və Rövşən Səfərova Gənclər və İdman Nazirliyinin fəxri diplomları təqdim edilib. Milli komandamızın məşqçisi Fərhad Məmmədov və beynəlxalq dərəcəli referi Fariz Hüseynov müvafiq surətdə ilin ən yaxşı məşqçisi və hakimi nominasiyalarında fərqləniblər. Təbrik edirik!