Gün
Saat
Dəqiqə
Saniyə
Beynəlxalq seminarın iştirakçıları Azərbaycan Cüdo Federasiyasının işini yüksək qiymətləndirdilər - VİDEO

08-01-2017

Bakıda, Heydər Əliyev adına İdman Sarayında Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün seminarı keçirilib. Beynəlxalq seminarda dünyanın 99 ölkəsindən 370 nümayəndə iştirak edib.

Seminarda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış ediblər. İki gün ərzində paytaxtımızda təşkil olunan tədbirdə cüdo idman növünün yarış və hakimlik qaydalarında dəyişikliklərlə bağlı qərarlar qəbul olunub. Seminar iki hissə - nəzəri və praktiki hissədən ibarət olub.

"Cüdo TV"nin beynəlxalq seminarın işindən hazırladığı birinci reportajı sizə təqdim edirik: