Gün
Saat
Dəqiqə
Saniyə
Yeniyetmə cüdoçularımız yeni yarış və hakimlik qaydaları ilə məlumatlandırılıb

23-01-2017

Xəbər verdiyimiz kimi, yenitmələrdən ibarət cüdo üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışındadır. Ölkəmizin ən güclü yeniyetmə cüdoçuları baş məşqçi Elçin İsmayılovun rəhbərliyi altında gələcək beynəlxalq yarışlara hazırlaşırlar. Yenitmələrdən ibarət  milli komandamız 2017-ci ildə  Litvada Avropa birinciliyi, Çilidə dünya birinciliyi, Macarıstanda isə yeniyetmələrin Olimpiya festivalında iştirak edəcək. Toplanışın ilk mərhələsini başa vuran cüdoçularımız yanvarın 25-dən təlim-məşq prosesini davam etdirəcəklər.  Artıq  yeniyetmə cüdoçularımız, məşqçi heyəti  cüdonun yeni qaydaları ilə məlumatlandırılıb. Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov bu ayın əvvəlində Bakıda keçirilən seminarda müzakirə edilən qərarları, yeni hakimlik və yarış qaydalarını milli komandamızın üzvlərinin diqqətinə çatdırıb.