Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan Cüdo Federasiyası "İlin Federasiyası" nominasiyasının qalibi oldu

28-01-2017

"Marriott" otelində "Zəfər" beynəlxalq idman mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, nazirlər, millət vəkilləri, jurnalistlər, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər. Mərasimdə Azərbaycan Cüdo Federasiyasının ötən ilki fəaliyyəti yüksək qiymətləndirilib və "İlin Federasiyası" mükafatına layiq görülüb. Olimpiya çempionu Namiq Abdullayev "Zəfər" Beynəlxalq İdman Mükafatını Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədliyə təqdim edib.

Azərbaycan Cüdo Federasiyası "İlin Federasiyası" nominasiyasının qalibi oldu
Azərbaycan Cüdo Federasiyası "İlin Federasiyası" nominasiyasının qalibi oldu