Gün
Saat
Dəqiqə
Saniyə
Qadınlardan ibarət milli komandamızda yeni məşqçilər

01-02-2017

Cüdo üzrə Azərbaycanın qadınlardan ibarət milli komandasının məşqçilər heyətində dəyişiklik gerçəkləşib. Komandanın əvvəlki baş məşqçisi İbadulla Şabanovu Elçin İsmayılov əvəz edib. Şumşat Bəhramov isə yığma komandanın köməkçi məşqçi vəzifəsini icra edəcək. Hər iki məşqçi qadınlardan ibarət milli komandamızın üzvlərinə təqdim olunub.