Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımız Parisdə keçirilən beynəlxalq turnirə uğurla başladılar

11-02-2017

Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” yarışına start verilib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Beynəlxalq Cüdo Təşkilatının rəhbəri Marius Vizerlə birlikdə Paris "Böyük Dəbilqə" yarışının görüşlərini "AccorHotels Arena"da canlı izləyib.

İki gün davam edəcək mötəbər turnirin ilk günündə Azərbaycan milli komandası aktivinə 3 medal yazdırıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov ilk görüşündə koreyalı Hyuk Çoini məğlub edib. Daha sonra qazaxıstanlı Qusman Kırqızbayev və fransalı Vinsent Limareyə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Lakin bu mərhələdə uduzan Səfərov bürünc medal uğrunda Braziliya təmsilçisi Erik Takabate ilə qarşılaşıb. O, bu görüşdə qələbə qazanaraq milli komandamızın aktivinə ilk medalı yazdırıb.

66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə birinci qarşılaşmasında çinli Daqa Qinqə qalib gəlib. Növbəti görüşündə isə belçikalı Qansbekeni məğlub edib. Lakin Rusiya cüdoçusu Anzaur Ardova uduzaraq təsəlliverici görüşə qatılıb. Şıxəlizadə bu mərhələdə israilli Tal Flikerə qalib gəlib. 3-cü yer uğrunda qarşılaşmada kanadalı Antonie Bouçartı məğlub edərək bürünc medal qazanıb.

73 kq çəki dərəcəsində bürünc medal uğrunda qarşılaşmada Azərbaycan dueli baş tutub. Belə ki, bu çəkidə çıxış edən Rüstəm Orucov və Hidayət Heydərov həlledici görüşdə qarşı-qarşıya gəlib. Heydərov komanda yoldaşından güclü olaraq qələbə qazanıb. Orucov isə “Böyük Dəbilqə”də 5-ci olub.

Qeyd edək ki, 61 ölkədən 412 idmançının (259 kişi, 153 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.