Gün
Saat
Dəqiqə
Saniyə
Rövnəq Abdullayev Paris turnirində cüdoçuların mükafatlandırma mərasimində iştirak edib

11-02-2017

Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov beynəlxalq yarışın bürünc medallarına sahib olub. Hər üç cüdoçumuza turnirin bürünc medalı təqdim edilib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Paris turnirində cüdoçuların mükafatlandırma mərasimində iştirak edib. Rövnəq Abdullayev 73 kq çəki dərəcəsində qalib gələn cüdoçuları mükafatlandırıb. O, milli komandamızın üzvü Hidayət Heydərova bürünc medalı təqdim edib.