Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımız Paris “Böyük Dəbilqə”sini 3 medalla başa vurdu

12-02-2017

Azərbaycan milli komandasının cüdoçuları Fransanın paytaxtı Parisdə keçiriliən “Böyük Dəbilqə” yarışında çıxışlarına yekun vurublar.

Turnirin sonuncu günündə 3 təmsilçimiz – Elmar Qasımov, Elxan Məmmədov ( hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxıb. Hər üç cüdoçumuz qarşılaşmanı erkən məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, Paris “Böyük Dəbilqə”sinin ilk günündə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) ölkəmizə bürünc medal qazandırıb.