Gün
Saat
Dəqiqə
Saniyə
Oruc Vəlizadə Romada bürünc medal qazandı

18-02-2017

İtaliyanın paytaxtı Romada kişilər arasında Avropa açıq çempionatına start verilib. Azərbaycan milli komandası mötəbər turnirin ilk günündə aktivinə bir medal yazdırıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Oruc Vəlizadə ilk görüşündə hollandiyalı Roy Koffijberqi, daha sonra Cənubi Koreya cüdoçusu Hyuk Çoiyi məğlub edib. Cüdoçumuz 1/4 finalda rusiyalı İslam Yaşuyevə uduzaraq təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə qırğızıstanlı Argen Bakytbekə qalib gəlib. 3-cü yer uğrunda görüşdə isə Fransa təmsilçisi Riçard Vergnesi məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı Avropa açıq çempionatında Azərbaycan milli komandası 16 cüdoçu ilə təmsil olunur.

Oruc Vəlizadə Romada bürünc medal qazandı