Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçuları Avropa kubokunda daha 5 medala sahib oldular

05-03-2017

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 5 medal yazdırıb. Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl , Adil Kərimli (90 kq) və Məhəmməd Abdullayev (90+) gümüş, Günel Bəkirzadə (57 kq), Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıb. Beləliklə yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında 2- ci yeri tutub. Qeyd edək ki, Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.