Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan hakimləri İtaliyada beynəlxalq seminarda iştirak ediblər

29-03-2017

İtaliyanın paytaxtı Roma şəhərində məşqçilər və hakimlər üçün beynəlxalq seminar keçirilib. Avropa Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan seminarda Azərbaycan Cüdo Federasiyası da təmsil olunub. Beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov və hakim Nazim Umbayev seminarın işində iştirak ediblər. Beynəlxalq seminarda bu ilin əvvəlində Bakıda qəbul olunan yeni qaydalar müzakirə olunub. Əsasən praktiki olaraq keçirilən məşqlərdə bütün hakimlərin səviyyəsi yoxlanılıb və yarış, hakimlik qaydaları haqqında geniş məlumatlar verilib. Sonra italiyalı idmançıların iştirakı ilə yarış keçirilib və hər bir hakim oyunları idarə edib.

Qeyd edək ki, seminara qatılan Avropanın tanınmış cüdo mütəxəssisləri Bakıda keçirilən beynəlxalq seminar və "Böyük Dəbilqə” yarışından bəhs ediblər, hər iki tədbirin yüksək səviyyədə keçirilməsindən, eləcə də təşkilatçılıqdan razı qaldıqlarını ifadə ediblər.