Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımız Tata şəhərində təlim-məşq toplanışında

03-04-2017

Cüdo üzrə Azərbaycan milli komandası Macarıstana səfər edib. Millimizin aparıcı üzvlərindən ibarət komandamız sözügedən ölkənin Tata şəhərində təlim-məşq toplanışındadır. Baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında keçirilən toplanışda Vüqar Şirinli (66 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Tural Səfquliyev (90 kq), Elxan Məmmədov (100 kq), Elmar Qasımov (100 kq) və Uşaqi Kokauri (+100 kq) iştirak edirlər. Cüdoçularımızın Macarıstan təlim-məşq toplanışına aprelin 8-də yekun vurulacaq.