Gün
Saat
Dəqiqə
Saniyə
Hidayət Heydərovdan daha bir medal

08-04-2017

Türkiyənin Antalya şəhərində cüdo üzrə “Qran-Pri” yarışı davam edir. Turnirin ikinci günündə milli komandamız aktivinə daha bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov Antalya “Qran-Pri”sində bürünc medal qazanıb.

Xatırladaq ki, yarışın ilk günündə Nəzakət Əzizova (52 kq) da bürünc medala sahib olub.

Qeyd edək ki, 34 ölkədən 252 idmançının (155 kişi, 97 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunur.