Gün
Saat
Dəqiqə
Saniyə
Avropa çempionatına 2 medalla başladıq

20-04-2017

Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib.

Yarışın ilk günündə Azərbaycan milli komandasının 4 üzvü tatami üzərinə çıxıb.

Yığmamız aktivinə 2 medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov və 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə Avropa çempionatının bürünc medallarına sahib olublar.

Digər cüdoçularımız Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) isə mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, sabah daha 3 çüdoçumuz -  Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq) tatami üzərinə çıxacaq.

Avropa çempionatına 2 medalla başladıq
Avropa çempionatına 2 medalla başladıq
Avropa çempionatına 2 medalla başladıq
Avropa çempionatına 2 medalla başladıq
Avropa çempionatına 2 medalla başladıq
Avropa çempionatına 2 medalla başladıq
Avropa çempionatına 2 medalla başladıq
Avropa çempionatına 2 medalla başladıq