Gün
Saat
Dəqiqə
Saniyə
Avropa kubokunda daha iki medal

21-05-2017

Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha iki medal yazdırıb.

+90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məhəmməd Abdullayev yalnız final görüşündə məğlub olaraq mötəbər turnirin gümüş medalını qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə bürünc medala sahib olub.

Xatırladaq ki, yarışın ilk günü cüdoçularımız Əli Əsgərzadə (50 kq) və Davud Abbaslı (60 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, 25 ölkədən 490 yeniyetmə cüdoçunun (284 oğlan, 206 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunurdu.

Avropa kubokunda daha iki medal
Avropa kubokunda daha iki medal
Avropa kubokunda daha iki medal
Avropa kubokunda daha iki medal