Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçusu Rumıniyada gümüş medal qazandı

03-06-2017

Rumıniyanın paytaxtı Buxarest şəhərində cüdo üzrə Avropa açıq çempionatına start verilib. Yarışın birinci günü Azərbaycan milli komandası ilk medalını qazanıb.
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hüseyn Rəhimli Böyük Britaniya, Rumıniya, İtaliya və Ukrayna cüdoçularına qalib gələrək finala çıxıb. Cüdoçumuz həlledici qarşılaşmada Puerto-Riko təmsilçisinə uduzaraq gümüş medala sahib olub.
Qeyd edək ki, 29 ölkədən 376 cüdoçunun (244 kişi, 132 qqadın) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 15 cüdoçu (13 kişi, 2 qadın) ilə təmsil olunur.