Gün
Saat
Dəqiqə
Saniyə
Nəzakət Əzizova bürünc medal qazandı

04-06-2017

Avstriyada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib. Mötəbər turnirdə Azərbaycan millisi də təmsil olunub.    

52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova yarımfinala qədər məğlubiyyətsiz irəliləyib. Yarımfinalda isə israilli Betina Temelkovaya uduzaraq üçüncülük uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə hollandiyalı rəqibi Danique Janssenə qalib gələn Əzizova bürünc medal qazanıb.