Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycanın aparıcı cüdoçuları Yaponiyada

13-06-2017

Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Hər il ənənəvi keçirilən məşq prosesində Azərbaycan cüdoçuları ilə yanaşı Yaponiya, Fransa, Cənubi Koreya, Braziliya, Çex Respublikası, Monqolustan, İtaliya, Rusiya kimi dünyanın aparıcı cüdo ölkələrinin milli komandaları da iştirak edirlər.
İdmançılarımız baş məşqçi Fərhad Məmmədov, məşqçilər Mövlud Mirəliyev və Şümşat Bəhramovun rəhbərliyi altında gündə 2 dəfə məşq edərək gələcək beynəlxalq yarışlara hazırlaşırlar.
Tokio toplanışında Səfərov Orxan, Şıxəlizadə Nicat, Orucov Rüstəm, Heydərov Hidayət, Vəliyev Telman, Mehdiyev Məmmədəli, Dadaşov Firudin, Məmmədov Elxan, Kotsoyev Zelim, Kokauri Uşanqi, Munxtsedev İçinxorlo, Qurbanlı Aişə, Əzizova Nəzakət, Hüseynova Xanım iştirak edirlər.