Gün
Saat
Dəqiqə
Saniyə
Ramazan bayramınız mübarək!

26-06-2017

Azərbaycan Cüdo Federasiyası xalqımızı Mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərini çatdırır. Hikmətlər hikməti olan Qurani-Kərimin nazil olduğu Ramazan ayı bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu, düşüncəsini saflaşdıran əziz bir aydır. Mərhəmət, şəfqət və bərabərlik rəmzi olan Ramazan ayında inanclı vətəndaşlarımızın tutduğu orucun, etdiyi dua və niyyətlərin Allah dərgahında qəbul olunmasını diləyir, bir daha hər birinizin bayramını təbrik edir, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayırıq. Allah orucunuzu qəbul etsin!