Gün
Saat
Dəqiqə
Saniyə
Avropa birinciliynin qəhrəmanları Vətəndə

04-07-2017

Litvanın Kaunas şəhərində yeniyetmələr arasında Avropa birinciliyində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.

Mötəbər turnirdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, bir qrup azarkeş və idmançıların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, qitə birinciliyində Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib olub. Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq Avropa birinciliyinin gümüş medalını qazanıblar. Cüdoçumuz Davud Abaslı (60 kq) isə Litvada bürünc  medala sahib olub.

Qeyd edək ki, 42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı mötəbər yarışda Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunurdu.