Gün
Saat
Dəqiqə
Saniyə
Heydər Əliyev Mərkəzinin parkında cüdo bayramı

17-07-2017

Bu həftəsonu Heydər Əliyev Mərkəzinin parkında cüdo üzrə dərs və uşaqlar üçün əyləncə təşkil olunub. Heydər Əliyev Mərkəzinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən cüdo üzrə "master klası" Dünya və Avropa çempionu, "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının qalibi Elxan Məmmədov aparıb. Tədbirə ölkəmizin müxtəlif cüdo klublarından 250 kiçik yaşlı yeniyetmə qatılıb. 8-15 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs 1 saatdan artıq davam edib.

Heydər Əliyev Mərkəzinin parkında cüdo bayramı
Heydər Əliyev Mərkəzinin parkında cüdo bayramı
Heydər Əliyev Mərkəzinin parkında cüdo bayramı
Heydər Əliyev Mərkəzinin parkında cüdo bayramı