Gün
Saat
Dəqiqə
Saniyə
Gənc cüdoçularımız Praqada 13 medal qazandılar

23-07-2017

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclərin cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub. Mötəbər birinciliyin sonuncu günü də Azərbaycan cüdoçuları üçün uğurlu olub. Gənclərdən ibarət milli komandamız aktivinə daha 2 medal yazdırıb. 100 kq çəki dərəcəsində yarışan cüdoçularımız - Zelim Kotsoyev və Musa Şəkərəliyev bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. Azərbaycan duelinin qalibi Zelim olub. Beləliklə gənc cüdoçularımız Praqada 4 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıblar. Qeyd edək ki, 27 ölkədən 308 (177 oğlan, 131 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.

Gənc cüdoçularımız Praqada 13 medal qazandılar
Gənc cüdoçularımız Praqada 13 medal qazandılar
Gənc cüdoçularımız Praqada 13 medal qazandılar
Gənc cüdoçularımız Praqada 13 medal qazandılar