Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçumuz Universiada da Azərbaycana ilk qızıl medalı qazandırdı

20-08-2017

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışlarına start verilib. Oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərini məğlub edərək universiadanın qalibi adına layiq görülüb. Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb. Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.