Gün
Saat
Dəqiqə
Saniyə
Taypeydə daha bir cüdoçumuz medal qazandı

21-08-2017

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışları davam edir. Çempionatın ikinci günü millimiz aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Firudin Dadaşov Universiadanın bürünc medalına sahib olub.

Qeyd edək ki, yarışın ilk günü Zelim Kotsoyev (100 kq) qızıl medal qazanıb.