Gün
Saat
Dəqiqə
Saniyə
Dünya çempionatında cüdoçumuz gümüş medal qazandı

28-08-2017

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatına start verilib. Yarışın birinci günü milli komandamız aktivinə ilk medalı yazdırıb.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov Bolqarıstan, Portuqaliya, Qazaxıstan və Özbəkistan cüdoçularına qalib gələrək finala çıxıb. Orxan bu görüşlərdən üçündə rəqiblərini ippon fəndi ilə məğlub edib. Lakin final görüşündə Səfərov güclü yapon rəqibinə uduzaraq gümüş medal qazanıb.
Gümüş medala layiq görülən təmsilçimizin bütün çıxışları böyük rəğbət qazanıb. Belə ki, hər qarşılaşmanın əvvəlində rəqiblərinə aman verməyərək çox gözəl ippon fəndləri ilə qələbə qazanan Orxan tamaşaçıların və idman şərhçilərinin sevimlisi olub.