Gün
Saat
Dəqiqə
Saniyə
Elmar Qasımov və İrina Kindzerska dünya çempionatında bürünc medal qazandı

02-09-2017

Macarıstanda keçirilən dünya çempionatında fərdi yarışlara yekun vurulub. Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb. 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov dünya çempionatının bürünc medalını qazanıb. Elmar 3-cü yer uğrunda görüşdə digər cüdoçumuz Elxan Məmmədova qalib gəlib. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medala layiq görülüb. Beləliklə cüdo üzrə Azərbaycan milli komandası Budapeşt mundialını 4 medalla( 2 gümüş, 2 bürünc) başa vurub. Yarışların ilk günlərində idmançılarımız Orxan Səfərov və Rüstəm Orucov gümüş medal qazanmışdı.