Gün
Saat
Dəqiqə
Saniyə
"CÜDO TV" təqdim edir: Azərbaycan bölgələrində cüdo bayramı

14-10-2017

Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir. Federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar.

Perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək üçün hər il olduğu kimi, bu il də region yarışları keçirilir. Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil edilən bu yarışlarda əsas məqsəd həm regionlarda cüdonun inkişafı, həm də cüdomuzun gələcəyi üçün yeni parlaq nəsil yetişdirməkdir. Yarışlar Azərbaycan Cüdo Federasiyasının tərəfindən bölgələrə ezam edilmiş federasiya rəsmiləri və idman mütəxəssisləriindən ibarət peşəkar heyətlə keçirlir. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim edilir. Bölgələrdə uğur qazanan ən perespektivli yeniyetmə cüdoçular ölkə çempionatında mübarizə aparacaqlar.