Gün
Saat
Dəqiqə
Saniyə
Naxçıvanda cüdo bayramı - VİDEO

24-10-2017

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə məşqçi və cüdoçular üçün seminar keçirilib. 

Seminarda federasiya tərəfindən Naxçıvan şəhərinə ezam olunmuş təcrübəli mütxəssislər, beynəlxalq dərəcəli hakimlər cüdonun daim inkişafda olan texnika və qaydaları haqqında ətraflı məlumat veriblər. Məşqçinin tələbələri yarışa hazırlamaq prosesi, çəki və qidalanmaya nəzərət barədə təlimatlar verilib, onların yarışlarda tələbələrini idarə etmə bacarığı, özünü aparma qaydalarını tam bacarma qabiliyəti geniş müzakirə olunub. Seminarda yeniyetmə cüdoçulara əyani və praktiki təlimlər keçirilib.

Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

İki yaş qrupunda təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. Naxçıvan şəhər, Naxçıvan Hərbi Liseyi, Culfa və Şərur komandalarının yeniyetmə cüdoçuları medallar uğrunda yarışıblar.

U-15 komandaların mübarizəsində 71, U-18 komandalarının yarışında isə 50 cüdoçu iştirak edib.

U-15 yeniyetmələr arasında yarışda Naxçıvan şəhər komandasının cüdoçuları daha yaxşı nəticə göstərərək birinci olublar. İkinci yerə Culfa komandasının təmsilçiləri sahib çıxıb. Şərur komandasının cüdoçuları isə üçüncü olub.

U-18 yeniyetmələr arasında mübarizədə Culfa komandası birinci, Naxçıvan komandası ikinci, Naxçıvan Hərbi Liseyi isə üçüncü olub.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.

"CÜDO TV" Naxçıvandakı cüdo bayramından hazırladığı videomaterialı sizə təqdim edir: