Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçuları Abu-Dabi "Qran-Pri"sində yarışacaqlar

24-10-2017

Oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək. 

 Bu yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı Azərbaycan milli komandası da qüvvəsini sınayacaq. 

3 gün davam edəcək mötəbər turnirində baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında 11 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.   

"Böyük Dəbilqə" turnirində ölkəmizi Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə, İlkin Babazadə (hər iksi 66 kq), Rüstəm Orucov (73 kq), Naim Hüseynov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (57 kq) və İrina Kindzerskaya təmsil edəcək. 

Qeyd edək ki, görüşlər “CBC Sport” telekanalı vasitəsiylə yayımlanacaq.